Türkiyənin paytaxtı Ankarada psixoloji problemləri olan qadın əvvəlcə anasını bıçaqlayaraq eyvana bağlayıb, daha sonra 6 aylıq körpəsini yaşadığı mənzilin eyvanından atıb.
Mynews.az unikal.org-a istinadən verdiyi məlumata görə, axşam saatlarında meydana gələn hadisədə psixoloji problemləri olduğu öyrənilən Ö.T adlı qadın bir anda sinir krizi keçirib və 6 aylıq körpəsini qucağına alaraq eyvana çıxıb. Ö.T-ni sakitləşdirmək üçün anası gəlib. Amma sinirlərini cilovlaya bilməyən Ö.T əlinə bıçaq götürüb və anasını belindən bıçaqlayıb eyvana bağladıqdan sonra, qucağındakı körpəsini də aşağıya atıb. Qanlar içindəki ana qonşulardan kömək istəyib. Ananın fəryadını eşidən qonşular vəziyyət haqqında aidiyyəti qurumlara məlumat veriblər.
Qeyd edək ki, qadın həbs olunub və hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Altı aylıq körpənin isə vəziyyəti kritikdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub