Türkiyənin Diyarbəkir şəhərində baş verən cinayətin təfərrüatları hər kəsi şoka salıb.
Oxu24.com xəbər verir ki, 24 yaşlı imam nikahlı arvadını öldürən cani ərin əməlinin üstünü rəsmi həyat yoldaşı açıb. Məlum olub ki, qatil ər həyat yoldaşını badımcana qısqanıb.
33 yaşlı A.C. həyat yoldaşı Leylanı 2 uşağının gözləri qarşısında, odlu silahla atəş açaraq qətlə yetirib. Lakin polisə ifadəsində A.C. Leylanın intihar etdiyini bildirib. Onun rəsmi həyat yoldaşı A.T.C. isə polisə gizli ifadə verərək, əslində 2 uşaq anasının intihar etmədiyini, ərinin onu öldürdüyünü iddia edib.
"Həyat yoldaşımın Leyladan 2, məndən 3 uşağı var. Həmin gecə o, narkotik maddə qəbul etmişdi. Bizi Leyla ilə birlikdə bir otağa salıb evi axtarmağa başladı. Daha sonra zibilqabında bir badımcan tapdı. Silahını Leylanının başına tuşlayaraq "bu badımcanlamı sevişdin"?, -deyib onu vurdu.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub