Moskvada qəribə hadisə baş verib.
Rusiyada bizneslə məşğul olan erməni iş adamı Arman Tasmanyan özünə məxsus "Land Cruser" avtomobilində Kremlə gəlib və prezident Putinlə görüşmək istədiyini bildirib.
"Mash" telegram-kanalı xəbər verir ki, səhər saat 8-də Kremlə çox yaxınlaşmış avtomobili mühafizə əməkdaşları saxlayıblar.
İş adamı əsəbiləşərək onları başa salıb ki, prezidentlə söhbəti var, bəzi vacib məsələləri müzakirə etməlidir və ona konyak bağışlayacaq. Mühafizəçilər onun bu arzusunu gözündə qoyublar və iş adamını lap özündən çıxarıblar. Arman Tasmanyan qışqırmağa başlayıb. Onun qollarını buraraq, ən yaxında yerləşən polis şöbəsinə, oradan isə psixiatriya xəstəxanasına çatdırıblar. Mənbə zarafatyana bildirir ki. indi xəstəxanada Tasmanyan nəinki dövlət başçısı ilə, hətta Napoleon və Leninlə də vacib məsələləri müzakirə edə bilər.
criminal.az
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub