ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniqözünün yeni "Amerika strategiyasının məntiqi: Niyə strateji üstünlük?” adlı kitabında Rusiya tərəfindən endirilə biləcək hipotetik nüvə zərbəsinin nəticələrini qiymətləndirib.
ABŞ-ın hərbi sahə üzrə ixtisaslaşan "The National İnterest” nəşrində "Amerikaya tonlarla nüvə silahı lazımdır” başlıqlı məqalə yayımlanıb.
Professor Metyu Kroeniq qeyd edir ki, bu rəqəmlər ABŞ-ın da Rusiyaya adekvat cavab verə biləcəyini göstərir.
Onun sözlərinə görə, Vaşinqtonun əks hücumu ilə Rusiyanın 12 şəhəri dağıdıla və 28 milyon insan ölə bilər.
Mütəxəssis belə nəticəyə gəlib ki, ABŞ Rusiya təhlükəsinə qarşı özünün nüvə arsenalını qoruyub saxlamalıdır.
"Əgər ABŞ-ın nüvə arsenalı daha güclü olacaqsa, nüvə müharibəsində də Vaşinqtonun itkiləri az olacaq” – Metyu Kreoinq bildirib.
///Modern.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub