104 yaşlı Avstraliya alimi Devid Qudall (David Goodall) İsveçrədə ölümcül dozada inyeksiya qəbul etməklə intiuhar edib.
Amma bu işdə ona “Exit İnternational” təşkilatı kömək edib. Məsələ burasındadır ki, D.Qudall könüllü olaraq öz ölümünü qəbul edib. Amma onun öz ölkəsində – Avstraliyada könüllü ölümlə bağlı qanunvericilik mövcud deyil.
İsveçrədə isə bu prosedur qanunidir. Hər bir şəxs könüllü olaraq ərizə yazıb “intihar hüququ”ndan istifadə edə bilər.
Dünyanı tərk etməzdən əvvəl qoca alim sevincini gizlətməyib: “Çox şadam ki, bu gün həyatıma son qoyacağam”.
üvafiq qurumların icazəsi əsasında həyata keçirilən evtanaziyadan sonra alim bu gün dünyasını dəyişib.
“Ölüm hüququ”ndan istifadə etməyə can atan alim dəfələrlə bildirmişdi ki, yaşamaq istəmir, həyat onun üçün ağırdır, sərbəst hərəkət edə bilmir və belə həyata son qoymaq istəyir. Hələ 20 il əvvəl o həyatına son qoymaq istəyib, amma o zaman qanunvericilik buna imkan verməyib. İsveçrədə bu prosedur leqallaşandan sonra D.Qudall da bu şansdan yararlanıb. (Bizimyol.info)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub