Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb.
Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Telekanalın məlumatına görə, taliblər cümə axşamına keçən gecə Fərah şəhərində polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Yaraqlılar məntəqənin binasını ələ keçiriblər və silah-sursatlarını ələ keçirməyə müvəffəq olublar. Ancaq sonradan hökumət qüvvələri obyekt üzərində nəzarəti ələ keçiriblər.
Silahlı toqquşmalar nəticəsində daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub