Amerikanın tanınmış aktyoru David Labravaya faciə üz verib.
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, aktyor "Instagram" hesabında oğlunun ölüm xəbərini paylaşıb. 55 yaşlı aktyor bildirib ki, oğlu intihar edərək həyatına son qoyub.
"Heç ağlıma gəlməzdi ki, belə bir paylaşım edəcəyəm. Bu mənim oğlum Tuchudur. Bir neçə gün öncə 16 yaşı tamam olub. O, ad günündən sonra intihar etdi. O, uşaqlıqdan çox mehriban və şən uşaq idi. Depresiyada olduğunu bilmirdik", - deyə aktyor yazıb.
David Labrava valideynlərə məsləhət də verməyi unutmayıb: "Bağışla oğlum, səni qoruya bilmədim. Problemlərini əvvəldən görmədim. Siz çalışın övladlarınızın problemlərilə maraqlanın. Hətta ilk baxışdan uşaqlarda problem müşahidə olunmasa belə, onları nəzarətsiz buraxmayın".



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub