Bakirə "ovçusu", fahişə düşkünü, Stalin... Diktatorların AĞLASIĞMAZ QƏRİBƏLİKLƏRİ

962
Bakirə "ovçusu", fahişə düşkünü, Stalin... Diktatorların AĞLASIĞMAZ QƏRİBƏLİKLƏRİ

Diktatorlar ümumiyyətlə kaprizli və olduqca çətin başa düşülən insanlardır. Tətbiq etdiyi qaydalar və ətrafdakı insanlara qarşı davranışları da onların məntiqli olduğunu düşünməyimizə imkan vermir.

Publika.az 9 fərqli diktatorun tətbiq qaydaları və sevdikləri şeyləri təqdim edir.

Ağrı kəsicilərdən qorxu

İsveçli fahişələr və “Hennessy” konyaklarına düşkünlüyü ilə tanınan keçmiş Şimali Koreya diktatoru Kim Jong İl bir gün atdan düşərək yaralanır. Ağrı kəsicilərin qəbulundan sonra yarana biləcək asılılıqdan qorxan diktator bütün yüksək vəzifəli dövlət məmurlarına da eyni dozada ağrı kəsicidən istifadə etməy əmr edir. Beləliklə, o dövlət rəhbərliyində ağrı kəsicilərdən asılı olan tək şəxs olmayacaqdı.

Bakirələrin “qənimi”

Liviya lideri Müəmmər Qəddafi maraqlı bir insan idi. ABŞ prezidenti Con Kennedinin İsrail tərəfindən öldürüldüyünü iddia edir və İtaliyanın “Yuventus” klubunu çox sevirdi. Ən maraqlı xüsusiyyətlərindən biri isə, mühafizəçilərini yalnız bakirə qadınlar arasından seçməsi idi. “Amazon Mühafizəçiləri” adlandırılan mühafizəçilər Qəddafi tərəfindən şəxsən seçilirdi. Ölkədə baş verən vətəndaş müharibəsi zamanı bu mühafizəçilərdən ən az beşinin Qəddafi ailəsinə mənsub səlahiyyətlilər tərəfindən təcavüzə uğradığı ortaya çıxdı.

Robert Muqabe və maraqlı hədiyyələri

Hər kəs sevdiyi insana hədiyyə alarkən özünü xoşbəxt hiss edir, ancaq fil hədiyyə etmək başqa bir hissdir. Zimbabve dövlət başçısı Robert Muqabe məhz belə bir addım atmış diktatordur. Çox sevdiyi Şimali Koreya diktatoru Kim Jong İlə zebr, zürafə və fil hədiyyə edərkən hər halda müdhiş bir kəşf etmiş kimi sevinməli idi. Təyyarə endiyi zaman Kim Jong İlin qarşısında bir fil gördükdə isə nə düşündüyünü təsəvvür etmək çox çətindir.

Qara itə qarşı düşmənçilik

Diktatorlar ümumiyyətlə obsessif olurlar (Obsessiya insan beynində yaranan, insanın bütün həyatına təsir göstərən pozuntudur. Ağlımıza bir düşüncə, fikir, xəyal gələr, orada məskən salar və nə qədər çalışsaq da onun silmək olmur). Məsələn "Papa Doc" ləqəbli Haiti diktatoru Fransua Duvalye belə insan idi. O, ölkəsində qara it görmək istəmirdi. Verdiyi bir fərmanla bütün qara itlərin öldürülməsi barədə təlimat vermişdi.

İdi Amin ailə qurmaq istəyir

Uqanda diktatörü İdi Amin hər nə qədər 300 mindən çox insanın ölümündə ittiham olunsa da, diktatorların də ürəyi bəzən aşiq olmaq, bir ailə quraraq xoşbəxt olmaq istəyir. İdi Amin bunun üçün Böyük Britaniya kraliçasını II Elizabeti seçmişdi. Kraliçaya eşq dolu məktublar yazan İdi Amin onunla evlənməsini, özünü isə Şotlandiya kralı elan etməsini təklif edirdi. Kraliça bu məktublara cavab vermədi.

Nqema intellektuallara qarşı

Ekvatorial Qvineya lideri Fransisko Masias Nqema da maraqlı bir insan idi. Bir dəfə elektrik stansiyalarında yağdan istifadə edilməsini qadağan etmişdi. Nqemaya görə özünün sehirli qüvvələri stansiyanın işləməsi üçün kifayət edirdi. Təəssüf ki, stansiyalar işləmədi. Bu cür maraqlı “ideyalar”ın tənqidindən o qədər bezmişdi ki, intellektuallara nifrət edirdi. Hətta bir gün “intellektual” sözünü belə qadağan etdi. Bütün özəl məktəbləri də bağlayan Nqema açıq şəkildə elan etmişdi ki, ölkəsində bir nəfər belə intellektual adam görmək istəmir.

Zarafatcıl Stalin

Stalin əlbəttə bu xüsusiyyəti ilə tarixə keçmədi. Səbəbini anlamaq da çox çətin deyil. SSRİ diktatoru bir dəfə otağına icazəsi olmadan daxil olan hər kəsin öldürülməsini əmr etdi. Daha sonra isə otağına daxil olaraq qışqırmağa, boğulan adamın çıxardığı səslərə oxşar səslər çıxarmağa başlayır. Bütün bunlar isə bir zarafat idi. Özünü itirən mühafizəçiləri otağa girirlər. Nəticədə hamısı öldürülür. Şübhəsiz ki, bu cür zarafatlar insana heç bir halıda zarafatcıl sifət qazandıra bilməz.

Mobutu Sese Soko "İlahi Güc"

Konqo Demokratik Respublikasının keçmiş diktatoru Mobutu Sese Sokonun özünə layiq gördüyü adın tam mənası “Sağlam və sarsılmaz iradəsi isə zəfərə gedən, hər şeyə gücü çatan döyüşçü zəfərdən zəfərə qaçır və oyanar-oyanmaz atəş saçır” idi. O, özündən başqa hər kəsin leopard naxışlı papaq geyinməsini qadağan etmişdi. Mobutunun tətbiq etdiyi ən maraqlı qaydalarından biri onun axşam xəbərlərindən əvvəl televiziyalarda səmadan enərkən göstərilməsi idi. Mobutu yarı Allah olduğuna inanır və öz sevimli xalqının da hər gün bunu görməsini istəyirdi.

Oxuyub-yaza bilməyən Nobel iddiaçısı

Dominikan Respublikasının mərhum diktatoru Rafael Trujillo yaxşı bir insan deyildi, amma ailəsini çox sevirdi. Oğlu Ramifisə 3 yaşında polkovnik rütbəsi vermiş, qızının başına kraliça tacı qoymuşdu. Arvadına olan sevgisi isə daha çox idi. Onun yalnız Dominikan Respublikasında tanınmasına razı olmayan diktatoq bir il ərzində arvadının ədəbiyyat üzrə Nobel Mükafatı alması üçün lobbiçilik etdi. Problem isə o idi ki, arvadı oxuyub-yaza bilmirdi. Nəticədə Trujillo arvadına Nobel Mükafatı qazandıra bilmədi, amma şübhə yoxdur ki, onun qəlbini fəth edə bilib.

Xəbər lenti