Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Hərtərəfli Birgə Fəaliyyət Planı" ( JCPOA) ilə bağlı iranlı həmrakı Məhəmməd Cavad Zəriflə görüşüb.
Mynews.az Sputniknews-a istinadla xəbər verir ki, görüşdə Donald Trampın nüvə razılaşmasından çəkilməsi ilə bağlı qərarı və başqa məsələlər müzakirə olunub.
"Bir neçə gün əvvəl sazişdən çəkildiyini elan edən ABŞ-dan başqa, nüvə razılaşmasını imzalayan digər ölkələrlə əlaqə saxlamağı planlaşdırmışıq", - Lavrov görüşdə söyləyib. O, sazişlə bağlı belə problemlərin yaranmaması üçün görüşün vacibliyini bildirib.
"Bu məsələdə Rusiyanın mövqeyi İranı cəsarətləndirir. Ümid edirik ki, əməkdaşlığımız uğurla 4+1 formatında davam etdiriləcək. Təəssüf ki, Beynəlxalq saziş və qərarlara etiraz etmək ABŞ üçün adət halını alıb", - Zərif Lavrova cavabında söyləyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub