Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu Yerevana dəvət edib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini qəbul edib. Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, 1967-ci ildə İstanbulda anadan olan Daron Acemoğlu 2006-cı ildən Amerika İncəsənət Akademiyasının üzvü, Beyts Klark mükafatının laureatıdır. O, dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biridir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub