Gürcüstanın paytaxtı Tiflisdə narkosiyasətin liberallaşdırılması üçün keçirilən etiraz aksiyaları milyarder Birzina İvanaşvilinin qeyri-formal idarəetməsindən yaranan daha dağıdıcı proseslərə səbəb olacaq.
Mynews.az xəbər verir ki, bu sözləri “Rustavi 2” telekanalına açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
“Bu gün Gürcüstanda, xüsusən də gənclər arasında işsizlik və bir çox digər sosial problemlər baş verir. Bunun arxasında qeyri-formal olaraq oliqarx İvanaşvili dayanır”, - Saakaşvili qeyd edib.
Gürcüstanda faktiki olaraq real müxalifətin məhvində və hakimiyyətin milyarder İvanaşviliyə keçməsində msuliyyət daşıyıb-daşımadığı ilə bağlı suala sabiq prezident belə cavab verib ki, hakimiyyət dəyişikliyi onun səhvləri səbəbindən baş verib
O bildirib ki, Ermənistanda baş verən hadisələr Gürcüstanda etirazlar üçün böyük əhval-ruhiyyə yaradıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub