Bu dəqiqələrdə Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.
Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, digər rəsmilər qatılıblar.
"Sizə müvəffəqiyyətlər arzulamaq istəyirəm, ümid edirəm ki, münasibətlərimiz indiyə qədər necə davamlı inkişaf edibsə, bundan sonra da o cür inkişaf edəcək", - deyə V.Putin bildirib.
Öz növbəsində N.Paşinyan söz verib ki, Rusiya ilə müttəfiqlik münasibətləri davam etdiriləcək: "Biz daxili siyasi böhranımızın gedişatında Rusiyanın sərgilədiyi tarazlaşdırılmış mövqeyini çox yüksək qiymətləndiririk, çox konstruktiv mövqe idi. Və bu, yalnız bizim hökumət tərəfindən yox, həm də cəmiyyət tərəfindən qiymətləndirilir".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub