İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti işə başlayıb.
Mynews.az xəbər verir ki, Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sammitdə iştirak edir.
QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər Azərbaycan nümayəndə heyətinin tərkibinə daxildir.
Sammitin rəsmi açılışında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxış edib.
Sonra təşkilatın əhatə etdiyi coğrafiyanın iqtisadi imkanlarını xarakterizə edən film nümayiş olunub.
Təşkilatın 25 illiyi ilə əlaqədar Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulub.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub