Britaniyanın həbsxanalarından birində cəza çəkən məhbus Yusuf Ademola “Instagram”da canlı yayım edərək sosial şəbəkə istifadəçilərini eksklüziv saxlanma şəraiti ilə tanış edib.
Mynews.az “Daily Mail”ə istinadən xəbər verir ki, Yusuf 2017-ci ildə qanunsuz silah saxlama maddəsi ilə 12 il azadlıqdan məhrum edilib.
27 yaşlı məhbus qanunsuz yolla kameraya gətizdirdiyi mobil telefonla britaniyalı bloger Aliyə Mariya Bi ilə canlı rabitə yaradıb.
Strim 17 dəqiqə davam edib və canlı yayım gedə-gedə 700-dən çox istifadəçi tərəfindən izlənilib.
Məhbus blogeri öz bahalı saatı, qızıl bəzək əşyaları və hətta əyləncə məqsədi ilə kamerada saxladığı “PlayStation” video oyun konsulu ilə mat-məəttəl qoyub.
Bloger Ademolanın kamerasındakı şəraitin bir çox standart yataqxanalardakı şəraitdən daha yaxşı göründüyünü etiraf edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub