Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonu ərizəsində yerləşdirilən Ermənistanordusunun bölmələrində birində tükürpərdici hadisə baş verib.
Mynews.az ordu.az-a istinadən xəbər verir ki, ön xətdə xidmət edən hərbi qulluqçu Aleks Androsyanın mütəmadi olaraq xidmət yoldaşları tərəfindən cinsi istismara məruz qaldığı bəlli olub.
Hərbi qulluqçu həkim ekspertizasından keçirilmək məqsədilə Cəbrayılda yerləşən hərbi hospitala göndərilib. Hadisə baş verən bölmənin komandiri Yerevanda yüksək vəzifəli şəxsin qohumu olması səbəbindən məsələ ictimaiyyətdən gizlədilir.
Faktla bağlı cinayət işi açılmayıb. Xidməti araşdırma aparıldıqdan sonra məsələ ört-basdır edilib.
Əsgərin valideyinləri övladlarının başına yenidən başqa oyunlar açılmasın deyə susmaq məcburiyyətində qalıblar. A.Androsyanın anası oğlunun hərbi xidməti bitirdikdən sonra, nəinki bu işdə əli olanları, hətta bölmədə xidmət edən və məsələni ört-basdır etməyə çalışan hər kəsi məhkəməyə verəcəyini bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub