Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.
Mynews.az xəbər verir ki, bu barədə regionun səhiyyə idarəsi məlumat verib.
“Skripal özünü yaxşı hiss edir və xəstəxanadan buraxılıb. İnsidentdə zərər çəkənlər üçün bu müddət çox ağır oldu”, - Solsberi rayon xəstəxanasının direktoru Karl Çarlz-Braks deyib.
Açıqlamada Skripalın harada olması və müalicəsini davam etdirəcəyi ilə bağlı heç bir məlumat verilməyib.
Xəstəxanadan buraxılan istənilən şəxsin məxfiliyinin qorunması hüququ var.
Xəstəxananın tibb bacısı Lorna Uilkinsonun sözlərinə görə, Skripal müalicəsini hospitaldan kənarda davam etdirəcək.
İnsidentdə xəsarət alan Skripalın qızı Yuliya apreldə xəstəxanadan buraxılıb.
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar sinir-paralitik maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub