Argentinada stadionda gecə nəzarətçisi işləyən Raul Arquello aşağı mərtəbədən tez-tez eşidilən səsi müəyyən etmək üçün mobil telefonunun kamerasını açaraq daxil olduğu paltardəyişmə otağında ürküdücü bir mənzərəylə qarşılaşıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Buenos Ayresdə yerləşən "Tomas Adolfo Duco" stadionunda qeydə alınıb. 32 yaşlı gözətçi mobil telefonunun kamerası ilə görüntülədiyi mənzərə "Stadionda ruh var?" suallarını gündəmə gətirib.
Analoji olayın axşam 11 radələrində bununla 3-cü dəfə baş verdiyini söyləyən şəxs "Nə olduğunu bilmirəm, amma insanların mənə inanmaqları üçün bunu çəkəcəyəm" deyərək kamerasını işə salıb.
Otağın qapısının sərt şəkildə tez-tez açılıb, bağlandığı, ancaq qarşısında heç kimin olmadığını görə şəxs otağı kameraya çəkərkən arxadan bir kölgə keçib.
Görüntüləri internetə yükləyən gözətçi stadionda baş verənlərə görə səlahiyyətlilərdən cavab gözləyir.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub