Türkiyənin Bursa şəhərində illərlə anasını və onu döyən atasını öldürən gənc qız məhkəmədə ifadə verib.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, gənc qız ilk prosesdəcə günahını etiraf edərək "O görməsin deyə gizlətdiyim silahı, qorxutmaq məqsədi ilə ona doğru çevirdim. Silahdan qəfil atəş açıldı. Əlimdən düşən silahdan yenə atəş açıldı. Məqsədim öldürmək yox, qorxutmaq idi" deyib.
Qeyd edək ki, ərlə arvad arasında mübahisə 10 noyabr tarixində baş verib. Mübahisənin böyüməsindən sonra qəzəbli ər arvadını döyməyə başlayıb.
O məqamda evdə olan və davanın böyüməsinin qarşısını almağa çalışan 21 yaşlı Dilara Künilli atası Kemal Künilliyə tapançadan atəş açaraq öldürüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub