İlin toyunun xərcləri bəlli oldu

688
İlin toyunun xərcləri bəlli oldu

Şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın Vindzor sarayında baş tutan toyunun maliyyə xərcləri açıqlanıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, mərasimə 42.8 milyon dollar xərclənib.

800 nəfərin dəvət edildiyi toyun əsas xərcini mühafizə sisteminin qurulması təşkil edib. Konkret olaraq 42.8 milyon dolların 94 faizi toy iştirakçılarının mühafizəsinə sərf olunub.

Belə ki, snayperçilərə, gizli polislərə, izləmə kameralarının quraşdırılmasına 40 milyon dollar ödənilib.

Yeməklərə, içkilərə, paltarlara, çiçəklərə, dekorasiyaya 2.7 milyon dollar sərf edilib. 

36 yaşındakı “yeni düşesin” ingilis modelyer tərəfindən hazırlanan gəlinliyinə isə 135 min dollar ödənilib. Beləliklə, kraliyyət ailəsi üzvünün nikah mərasimi adi Britaniya vətəndaşının toyundan 73 dəfə baha başa gəlib.

Onu da qeyd edək ki, toyun mühafizə xərcləri dövlət tərəfindən ödənilib. Kraliyyət ailəsi ancaq geyimlərə, yeməklərə, kilsə xidmətinə, dekorasiyaya, çiçəklərə, musiqiçilərə pul xərcləyib.

Meqan Markl ilə şahzadə Harrinin toyunun ingilis iqtisadiyyatına qatqısına gəlincə, dövlət 1,43 milyard dollar gəlir proqnozlaşdırır. Bu rəqəm toya xərclənən vəsaitdən 33 dəfə çoxdur.

Gəlirlərin 400 milyon dolları turizmdən, 340 milyon dolları restoran, 200 milyon dolları isə moda sektorundan gözlənilir.

Xəbər lenti