Mynews.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə, Vaşinqton Tehranın yaxasını buraxmayacaq: "Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi olmadığını daha əvvəl proqnozlaşdırmışdım. Bu proqnozumu Mayk Pompeonun bu sözləri də təsdiq edir: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".
Bu sözlər və Pompeonun çıxışında İran prezidenti Həsən Ruhanini bir neçə tənqid etməsi, o cümlədən İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri ondan xəbər verir ki, Vaşinqtonun əsas dərdi nüvə silahı deyil, İranda rejim dəyişikliyinə nail olmaqdır. Yəni düşünürlər ki, rejimi dəyişsələr, İranla bağlı bütün regional problemlərdən qurtulacaqlar. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır..."
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub