ABŞ-da polisə gələn “çantada bomba var” zəngindən sonra kuryoz hadisə baş verib. Hadisə yerinə gələn qanun keşikçiləri, birdən məlumatın dəqiq olduğunu düşünərək, çantanı zərərsizləşdirmək üçün istehkamçıları gözləməyi qərara alıblar.
Mynews.az yenicag.az-a istinadən bildirir ki, adi vətəndaş polisə məhəl qoymadan şübhəli çantanı zərərsizləşdirmək istəyib. O, çantanı götürərək içərisini boşaldıb.
Bundan sonra isə Viskonsin ştatı, Miluoki şəhər polisinin zabitləri onun üstünə şığıyaraq, yerə yıxıblar.
Videonun yerləşdirildiyi kanalın şərh bölümünə yazılanlar da maraqlıdır: “Bu oğlanı işə götürün və öz kölgəsindən qorxan polisin nazlı briqadasını çıxarın!”, “Polis hələ 3 saat yolları bağlayıb orda oturacaqdı, eşq olsun bu oğlana” – onlardan bir neçəsi yazıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub