Terrorçuların xain hücumundan sonar şəhid olmuş əsgərin anasına yazdığı məktub ürəkləri dağlayıb.
Hadisə Türkiyədə baş verib.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, Şəhid Tunçun sosial media hesabında anası Hamiyet Tunç üçün yazdıqları və anasına olan həsrətini dilə gətirməsi görənləri duygulandırıb.
"Mən əsgər oldum anam, hanı axşam yeməyini bəyənməyən oğlun, bu gün nə tapsa, yeyər oldu.
Sabah yatağından olduğu kimi çıxan oğlun bu gün yatağını 5 dəqiqədə ülgüc kimi edər oldu.
Köynəyinin üstündəki ən kiçik xəttə belə əsəbləşən oğlun, bu gün tər iy verən “kamuflyajı” 3 dəqiqədə geyər oldu.
Ayaqqabı aldığında dır-dır edən oğlun, bu gün 5 kilo “botu” içində ayaqları şişər oldu.
Evdən çıxıb gedərkən “getmə” dediyin oğlun, bu gün evdə 1 dəqiqə ola bilmək üçün nələr verməz oldu.
Hanı bir şey et deyincə “of ana” - deyə cavab verən oğlun səsinin bir damlasına içdən-içə susar oldu.
Xəstə olduğunda başında sabahladığın oğlun, səhər yatağında “hadi oğlum, qalx, günorta oldu” dediyin oğlun, bu gün günəş daha doğulmadan şəfəq sökmədən qalxar oldu. Dedim ya 'ana!' Bax, oğlun əsgər oldu."

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub