Türkiyənin Batman vilayətində 20 yaşlı üç qız onlar barədə şayiələr yayan rəfiqələrini cəzalandıraraq video çəkib sosial şəbəkədə yayıblar.
BAKU.WS-in Türikiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə 14 mayda cəzalandırılan qızın çalışdığı ofisdə baş verib.
18 yaşlı İ.D-nin 20 yaşlı rəfiqələri nahar fasiləsin zamanı sözügedən ofisə gəliblər. Qızı ofisin sanitar qovşağına salıb, qapını arxadan bağlayıblar. Təhqir dolu hesablaşma döyülmə ilə başa çatıb.
Əli bıçaqlı qızlar rəsmən terrorçu kimi davranıblar. Rəfiqələrini yetərincə təhqir edib, döyməklə ürəkləri soyumayan qızlar onu soyundurmağa çalışıblar.
Günahkar qız "Bir daha etməyəcəm" deyərək onlara yalvarsa da, gözü dönmüş rəfiqələr sakitləşmək bilməyiblər.
İbrət olsun deyə, bütün bunları telefonla çəkib sosial mediada paylaşıblar. Qızların paylaşdığı video hər kəsi dəhşətə gətirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub