Baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrdə apardığı dəyişikliklərin səbəbləri məlum olub.
Mynews.az teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistan KİV baş qərargah rəisi Movses Akopyanın gözlənilmədən postundan uzaqlaşdırılmasıyla başlayan islahatların arxasındakı qaranlıq məqamları açıb.
Diplomatik mənbələrə istinad edən media qurumları Nikol Paşinyanın Silahlı Qüvvələrin hərbi çevrilişə hazırlaşması barədə kəşfiyyat məlumatı əldə etdiyini iddia edirlər. İddiaya görə, keçmiş prezident Serj Sərkisyanın hərbi sistem daxilindəki ən etibarlı kadrlarından biri olan Movses Akopyanın da yer aldığı plana uyğun olaraq, hakimiyyəti ələ keçirəcək ordunun “kölgə kabineti” də hazırdır.
Akopyan bu planın koordinatorlarından, yaxud, icraçılarından biridir.
Erməni mənbələr bir müddət əvvəl müdafiə naziri təyin edilmiş Davit Tonoyanın Nikol Paşinyan üçün daha ciddi təhlükə olduğunu bildirirlər:
“Bir müddət əvvəl hakimiyyətdən uzaqlaşdırılmış hərbi xunta Tonoyanın strateji əhəmiyyətli bu posta təyin edilməsindən xeyli məmnundur. 2016-cı ilin aprel ayında Azərbaycanla baş vermiş döyüşü xatırlamaq lazımdır.
Həmin vaxt bu gözlənilməz döyüşün arxitekturlarından biri də o idi. Davit Tonoyan xunta başçısı Serj Sərkisyanın bir əmrilə Ermənistanı təhlükə qarşısında qoydu və ordunu Azərbaycan Silahlı Qüvvələrinin üzərinə göndərdi. Bu, Ermənistana baha başa gəldi, amma bu faktor Davit Tonoyanın Nikol Paşinayana nə edə biləcəyi barədə qorxulu təsəvvür yaradır.
Çox güman ki, o, hələ də qələbə eyforiyasından çıxa bilməyən Paşinyanın oyunlarını kənardan izləyən başçısının əmrini gözləyir. Tonoyan ordunu meydana çıxarmağa hazırdır”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub