ABŞ-ın bütün dünyada məşhur olan "Johnson Johnson” şirkətinin körpə pudrası (kirşanı) məhsullarında xərçəng riski olması ilə bağlı aparılan daha bir məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo” "ensonhaber”ə istinadən xəbər verir ki, Kaliforniya ştatının Ali Məhkəməsi Yohanne Anderson adlı qadının şikayətini haqlı hesab edib.
Bu səbəbdən şirkətin 25,7 milyon dollar təzminat ödəməsinə qərar verilib.
Qeyd edək ki, 68 yaşlı qadın uzun illər boulinq oynayarkən ayaqqabılarının içinə və əllərinə "JohnsonJohnson” markalı pudra vurduğunu bildirib. O, bunu 10 min dəfədən çox istifadə etdiyini söyləyib. Həmin pudranın tərkibindəki "asbestos” adlı maddənin isə "plevral mezotelyoma” adlı ağciyər xərçənginə səbəb olduğunu iddia edib.
Xatırladaq ki, ötən il məhkəmələr şirkət haqqında bir neçə qərar çıxarmış və milyonlarla dollar məbləğində cərimə tətbiq edilmişdi. Belə ki, şikayətlər əsasında 55 milyon, 417 milyon, 117 milyon dollar və s. miqdarda təzminat ödənməsi barədə qərarlar çıxarılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub