Uqandada yol qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Uqanda Nümayəndəliyi məlumat yayıb.
BQXK-nın Uqanda Nümayəndəliyinin rəsmi İren Nakasiita yol qəzasında 16-sı uşaq olmaqla, 48 nəfərin öldüyünü açıqlayıb.
***12.09
Uqandanın qərbində sərnişin avtobusu, traktor və pivə tankeri toqquşub.
Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, Kiryandonqoda baş vermiş hadisə nəticəsində 19 nəfər dünyasını dəyişib, onlardan 3-ü azyaşlıdır. Çox sayda yaralı isə xəstəxanaya aparılıb. Ölən və yaralananlar arasında məktəblilər də var.
Xilasetmə tədbirləri hələ də davam etdirilir.
Qeyd edək ki, Uqanda dünyada yol qəzalarının ən çox baş verdiyi ölkələrdəndir. Hər il burada 20 mindən çox qəza meydana gəlir və 2 mindən artıq insan dünyasını dəyişir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub