Edinburq Universitetindən olan astrobioloq Şon MakMexonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu iddia edib ki, Marsda qurumuş göllər yaxınlığındakı ərazinin dəmirlə zəngin olması milyard il əvvəl yaşamış mikroorqanizmlərin izlərinin araşdırılması üçün əlverişli yerdir.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, mütəxəssislərin məqaləsi “Journal of Geophysical Research: Planets” jurnalında yayımlanıb.
Hazırda Marsın yaşayış üçün yararlı olması ilə bağlı sübut olmasa da, məlumdur ki, nə vaxtsa burada həyat şərtləri üçün əlverişli mühit olub. Aparılan müşahidələr onu göstərir ki, burada qurumuş su hövzələri və çay yataqları var.
Burada su 4100-3500 milyon il bundan əvvəl mövcud olub.
Mütəxəssislər Marsda mikroorqanizmlərin araşdırılması üçün əlverişli yerləri müəyyən ediblər. Bunlardan biri dəmirlə zəngin qurumuş göl yataqlarıdır. Digəri isə hələlik təsdiq olunmamış qaynar mənbələrdir.
2020-ci ildə NASA “Mars Exploration Program” uzunmüddətli proqramı çərçivəsində “Mars 2020” missiyasını buraxacaq.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub