Həyat yoldaşının xəyanət etdiyini bilmək həmişə ürək incidən haldır. Bəs bu xəyanətin bir dəfə deyil, bütün ömür boyu davam etdiyini bilmək necə duyğudur? Yəqin ki, aldadılan adamın gözüylə hadisələrə baxmaq çox ağır olardı.
Mərakeşli Sidi Süleymanın başına gələnlər bütün xarici media orqanları tərəfindən işıqlandırılıb. 9 uşaq atası olan 55 yaşlı Sidi Süleyman bir gün ümumi müayinədən keçmək üçün həkimə gedəndə dəhşətə gəldi. Həkimlər hər şeyin normal olduğunu, lakin onun heç bir zaman ata ola bilməyəcəyini, sonsuz olduğunu söylədilər.
Sidi Süleyman artıq 9 uşaq atası olduğunu bildirib, onlara inanmadığını söylədi və başqa həkimlərdə müayinədən keçdi. Lakin üz tutduğu bütün həkimlərin hamısının qoyduğu diaqnoz eyni idi. Sidi Süleyman ata ola bilməzdi, o sonsuz idi.
Bundan sonra məlum oldu ki, Sidi Süleymanın həyat yoldaşı ömrü boyu ərinə xəyanət edib, üstəlik dünyaya gətirdiyi 9 övladının atası olaraq da Sidi Süleymanı göstərib. Müsəlman ölkəsi olan Mərakeşdə bu kimi halların cəzası boşanmadır. Sidi Süleyman məhkəməyə müraciət edərək atalıq hüququndan imtina edib. O indi öz həyatını yaşamaq arzusundadır. 9 uşaqlı, ömür boyu ərini aldadan qadın isə bundan sonrakı ömrünü həbsxanda keçirəcək.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub