ABŞ-ın Minnesota ştatında əsl möcüzə baş verib.
19 yaşlı Cin Hiliard dostu ilə görüşə gedib. Yolda maşını xarab olan qız təyin olunmuş yerə piyada getməyə başlayıb. Cin yorulduğu üçün görüş yerinə 5 metr məsafədə yıxılıb.
Dostu onun "ruh kimi” ağarmış bədənini səhər aşkarlayıb. O, Hiliardı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər müəyyən ediblər ki, onun ürəyi zəif də olsa döyünür. Lakin qızın bədəni o qədər donub ki, ona iynə vurmaq mümkün olmayıb. Onlar xəstəni sadəcə termoədyalla bürüyüblər.
12 saatdan sonra qız özünə gəlib. Elə həmin gün Cin əl və ayağını tərpədə bilib. 2 gündən sonra isə o, xəstəxanadan evə buraxılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub