Amerika hərbçilərinin Suriyanın Münbic şəhərinə yerləşdirilməsi ölkə hakimiyyəti ilə razılaşdırılmayıb.
Bu haqda Suriya prezidenti Bəşər Əsəd Honkonqun “Phoenix TV” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, istənilən xarici qoşunların rəsmi Dəməşqin dəvəti və razılığı olmadan Suriya torpaqlarında yerləşdirilməsi işğal kimi qiymətləndirilir. Əsəd qeyd edib ki, onların amerikalı, türk və yaxud da başqaları olması məsələnin mahiyyətini dəyişdirmir.
Suriya prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın hərbi qulluqçuları onun ölkəsinə terrorizm üzərində qələbə qazanmağa kömək etməyəcək: “Onlar nə etməyə hazırlaşırlar? “İslam dövləti” (İŞİD- red.) ilə mübarizə aparmaq? Amerikalılar demək olar ki, bütün müharibələri uduzdular. Onlar İraqda məğlubiyyətə uğradılar və sonda oradan çıxmalı oldular. Somali, Vyetnam və Əfqanıstan haqqında heç danışmıram”.
Onun sözlərinə görə, ABŞ qoşunlarını göndərdiyi hər yerdə yalnız problemlər yaradıb: “Amerikalılarda problemləri yaratmaq və məhv etmək çox yaxşı alınır. Ancaq onlar həll yollarını tapa bilmirlər”.
Dövlət başçısı əlavə edib ki, Rakka şəhərinin azad edilməsi hökumət qoşunları üçün yaxın vaxtlarda prioritet olacaq. Onun qiymətləndirməsinə görə, Rakka və Deyr-Ez-Zorun azad edilməsi bir neçə ay çəkə bilər.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Türkiyə İŞİD-in de-fakto paytaxtı hesab olunan Rakka şəhərinin azad edilməsi üçün hazırlaşır.(publika.az)
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub