32 yaşlı model Martha Dolak sevgilisi Michael Goodwin tərəfindən əsir götürülüb.
30 yaşlı şəxsin saatlarla evdə saxlayıb, işgəncə verdiyi qadın rəfiqəsinə atdığı selfi sayəsində xilas olub.
Sevgilisini Londondakı evinə çağırdıqdan sonra qapıları kilidləyən Michael Goodwin tərəfindən vəhşicəsinə döyülən gənc model Martha Dolakın bir gözü kor olub. Kəllə sümüyündə çatlar əmələ gələn Dolak 21 saat boyunca evdə zorla saxlanılaraq işgəncəyə məruz qalıb.
Üz və baş nahiyəsində qırıqlarla yanaşı, beyninə qan sızan qadın "Öləcəyimi düşünürdüm" deyib.
Sevgilisinin bir anlıq fikrinin yayınmağından istifadə edən model qorxunc yaralarını göstərən bir selfi çəkərək rəfiqəsinə yollayıb. Bunun sayəsində polisin xəbərdar edilməsi sonrası Martha saatlarla davam edən qorxu dolu işgəncədən qurtulub.
Evə gələn polislər qadını huşsuz halda tapıblar. Hadisə yerindən qaçmağa cəhd edən şübhəli isə qısa zamanda saxlanılıb.
Gənc modelə işgəncə verən Goodwin 4 il 3 ay azadlıqdan məhrum edilib.
Cütlük 18 aydır bir yerdəymiş.
: milli.az



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub