İrəvanda erməni cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önündə aksiya keçirirlər. Onlar öz problemlərinin Paşinyan hökuməti tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları arasında Ermənistanordusunda dinc şəraitdə ölən əsgərlərin anaları da var.
Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər. Əllərində ölmüş oğullarının şəkilləri və plakatlarını tutan əsgər anaları jurnalistlərə bildiriblər ki, övladlarının əsl ölüm səbəblərinin açıqlanmasını və cinayətkarların tutulmasını istəyirlər.
Aksiyaçılar, həmçinin sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, bu gün Ermənistanın nazirlər kabineti baş nazir Nikol Paşinyanın başçılığı ilə növbətini iclasını keçirir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub