Türkiyə ilə Hollandiya arasında qalmaqal
“Sən istədiyin qədər nazirimizin təyyarəsinə icazə vermə, görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək”. İstiPress Milliyet-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində Hollandiyanın son qərarı ilə bağlı deyib.
Ərdoğan bu hərəkəti edən Hollandiya hökumətini faşist adlandırıb: "İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".
Xatırladaq ki, Türkiyə ilə Hollandiya arasında qalmaqala səbəb olan hadisə bu gün baş verib. Xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alınıb. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub