Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib. Süpürgəçi kişi qadını onu vəhşicəsinə döyən ərindən xilas edib və həbs olunub.
Məhkəmədə boşanma ilə bağlı iclasdan sonra kişi küçədə arvadını döyməyə başlayıb. Qadın yerə yıxılıb və elə bu vaxt həmin ərazidə süpürgəçi işləyən 29 yaşlı gənc baş verənlərə dözməyərək, qadını döyən kişini başının zərbəsi ilə yerə sərib.
Bundan sonra hadisə yerinə polis əməkdaşları çağırılıb. Qəribədir ki, onlar arvadını döyən kişini deyil, qadını xilas etmiş süpürgəçi Emre Derebaşını tutublar.
Gənc əməlindən peşman olmadığını bildirib. “Mən istənilən insanın etməli olduğunu etmişəm. Zorakılığa qarşıyam və qadının döyülməsinə durub tamaşa edə bilməzdim. Belə bir hadisə təkrarlansaydı, bunu bir də edərdim”, - həbs edilən Emre bildirib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub