Çinin cənubundakı Quandun vilayətində məmurlar çinlilər arasında olduqca populyar olan veb-xidmət – "WeChat" vasitəsilə boşanmanın rəsmiləşdirilməsi imkanlarını sınaqdan keçirməyə başlayıblar.
Rəsmilər belə bir yeniliyi inqilabi və super müasir yenilik hesab edirlər. Hələlik ancaq bir vilayət belə bir imkan əldə edib.
Ərizəni tərtib etmək üçün mobil əlavə vasitəsilə şəxsi məlumatlar bölməsində xüsusi qrafanı doldurmaq lazım gələcək. Məhz bundan sonra ərizəçi boşanmaq istədiyi şəxs barəsində məlumatları qeyd etməlidir.
Belə bir təsəvvür yarana bilər ki, Çində nikaha o qədər də ciddi yanaşmırlar. Ancaq belə deyil. Nikahın pozulması haqqında son təsdiqi almaq üçün ailə məsələləri üzrə mütəxəssislə müsahibədən keçmək lazım gələcək, onunla da görüşü " WeChat" vasitəsilə razılaşdırmaq mümkündür.
Artıq gələn ildən bütün çinli cütlüklər elektron qaydada boşanmaq imkanı əldə edə biləcəklər. Bunun Rusiya, Avropa və ABŞ-da da tətbiqi planlaşdırılır.
İKT.lent.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub