Suriyanın paytaxtı Dəməşq şəhərində dindarları daşıyan avtobuslarda partlayış törədilib.
İki partlayış nəticəsində azı 40 nəfərin öldüyü, 120-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə Dəməşqin Bab Musələ bölgəsində yerləşən Bab-əs Səqir məzarlığı yaxınlığında törədilib.
İçərisində dindarların olduğu avtobuslar məzarlığın yanından keçərkən yolun kənarında quraşdırılan partlayıcı qurğular işə düşüb. Ölənlərin böyük əksəriyyəti şiə təriqətinə mənsub İraq vətəndaşıdır.
Bab-əs Səqir məzarlığında Kərbəla döyüşündə iştirak edənlərin qalıqları basdırıldığından bu məkan şiə müsəlmanların ziyarətgah yeri sayılır.(apa)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub