Kolumbiyalı futbolçu Alejando Penaranda qatıldığı partilərin birində silahlı hücuma məruz qalıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, ölkəsinin “Deportivo Tulua” klubunda çıxış edən 24 yaşlı futbolçu aldığı güllə yarasından həyatını itirib.
Hadisə zamanı evdə olan digər futbolçu Heissen İzquierdo da ağır şəkildə yaralanıb.
Şahidlər hadisəni belə xatırlayır: “Partiyə gələn naməlum şəxs bir qadın barədə soruşub. Ardınca başqa bir nəfər həyətə daxil olaraq atəş açıb”.
Kolumbiya polisi hadisənin qısqanclıq zəmnində baş verdiyini düşünür.
Futbolçunun xatirəsi Misir və Kolumbiya milliləri arasında keçirilən yoldaşlıq görüşündə bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Meksikanın “Deportivo Toluka” klubunun futbolçusu Kristian Borja da hadisədən yara almadan xilas olanlar sırasındadır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub