Türkiyənin Adana vilayətində saxlanılan İran əsilli sevgililər ölkələrinə geri qayıtmamaq üçün göz yaşı töküblər.
Mynews.az türk mediasına istinadən xəbər verir ki, Türkiyəyə illeqal yollarla daxil olan iranlı, əfqanistanlı və pakistanlı qaçqınlar Adanada saxlanılıblar. İranlı sevgililər geri göndərilməmək üçün polisə yalvarıblar. Onlar ölkələrinə gedəcəkləri təqdirdə birinin edam olunacağını, digərinin isə qolunun kəsiləcəyini bildiriblər.
Adana polis şöbəsinin verdiyi məlumata görə, onlar ölkəyə Van vilayətindən daxil olublar. 31-i Əfqanıstan, 18-i Pakistan, 2-si İrandan olan 51 qaçaq əvvəlcə İstanbula oradan isə Avropaya getməyi planlaşdırırmışlar.
Qeyd edək ki, onların hamısı deportasiya edilib.




1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub