Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib. Festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Mynews.az-a verilən məlumata görə, Belarusdakı "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. "Sarı gəlin" və "Leqendı Kavkaza" rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Qeyd edək ki, festivalda qonaq qismində 200 min nəfər iştirak edib. Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi "Xoşbəxtlik ağacları" əkilib, ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub