İşğal olunmuş Xankəndində (Stepanakert) etiraz aksiyaları yenidən başlayıb.
Mynews.az “Azatyutyun” radiosuna istinadən xəbər verir ki, etirazçılar Milli Təhlükəsizlik Xidmətinin (MTX) və polisin rəhbərliyinin istefasını tələb edirlər.
“Biz bu həyatdan, bu həyat tərzindən yorulmuşuq, yalnız bir şey tələb edirik: bərabərlik, heç kim deməsin ki, bu filankəsin oğludur, o qoşa xəttin üstündən keçə bilər. Qanunu pozmuşamsa, cəzalanmalıyam. Biz sosial şəraitdən gileylənmirik. Bütün polislər qardaşlarımızdır, onlarla problemimiz yoxdur, lakin rəhbər o şəxs olmalıdır ki, xalqa xidmət etsin”, - “Azatyutyun” radiosunun əməkdaşı ilə söhbətində etirazçılardan biri deyib.
Xatırladaq ki, ötən üç gün ərzində etirazçılar Xankəndinin əsas küçəsini – Azatamartikneri bağlayaraq, güc strukturlarının rəhbərlərinin istefasını tələb edirdilər. Aksiya iyunun 1-də vətəndaşlarla MTX zabitləri arasında baş vermiş davanın nəticəsi olub.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub