Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Tunis yığması iki yoldaşlıq oyununda özünü sınayıb. Hər iki qarşılaşma zamanı maraqlı anlar yaşanıb. Tunis yığmasının qapıçısı Mue Assen futbolçuların iftarı açmasını təşkil etmək üçün özünü zədəli kimi göstərib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, idmançı günəşin batmasından sonra hər iki oyunda qazona uzanıb və hakimə zədələndiyini deyib.
Bu yolla heç bir zədəsi olmayan qapıçı oyunu 3-4 dəqiqə yubadıb. Nəticədə futbolçular iftarlarını su və xurma ilə aça biliblər. Tunis yığması heç bir oyunda qalib gələ bilməyib.
Faktla bağlı yığma rəsmiləri heç bir açıqlama verməyiblər. Assen isə heç bir simulyasiyadan söhbət getmədiyini deyib.
Tunis yığmasının növbəti yoldaşlıq oyunu iyunun 9-da İspaniyaya qarşı olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub