“Ağzını tutub qırx üç bıçaq zərbəsi vurdum”.
Moderator.az xəbər verir ki, bunu istintaqa izahatında beş yaşlı uşağı amansızcasına qətlə yetirən qatil deyib. Hadisə Türkiyədə baş verib. Suriyadan ailəsi ilə birlikdə qaçqın düşən beş yaşlı Məhəmməd Dərviş ötən il sentyabrın 19-da çox sayıda bıçaq zərbəsi ilə ölü tapılıb. Hadisəylə bağlı polis 200-dən çox müşahidə kamerasını izlədikdən sonra qatili tapıb. O, Alican K. adlı vətəndaş olub.
Bu gün keçirilən məhkəmə prosesində Alican Suriyadan qaçqın düşən və ailəsinə kömək etmək üçün dəniz qırağında su satan beş yaşlı Məhəmmədi öldürdüyünü etiraf edib. Alican deyib ki, uşağı öldürərkən özündə olmayıb:
“Oteldə narkotik maddə qəbul etdiyimdən özümdə deyildim. Dəniz qırağında su satmaq üçün mənə yaxınlaşan Məhəmməd məni təhqir etdi. Mən də onu tutub bağlı bir yerə gətirdim. Əvvəlcə bıçağın arxasıyla ağzına vurdum. Sonra isə ağzını tutub ona 43 bıçaq zərbəsi endirdim. Narkotik vasitənin təsirindən nə etdiyimi bilməmişəm”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub