ABŞ-ın ən populyar realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyan ölkə prezidenti Donald Trampın yanına, Ağ Evə yollanmışdı.
Mynews.az bildirir ki, Kardaşyan narkotik maddələr saxlamaqda suçlanaraq ömürlük həbs cəzası almış 63 yaşlı qaradərili Elis Meri Consonun cəza müddətinin azaldılmasını xahiş etmişdi.
Elis Conson artıq azadlığa buraxılıb.
Ağ Evin yaydığı açıqlamada deyilir: "Conson ötənlərdəki davranışına görə məsuliyyətini anlayıb və 20 il ərzində nümunəvi məhbus olub. Ömürlük həbs cəzasına rəğmən Elis reabilitasiyası üçün həbsxanada çox çalışıb, başqa məhbuslar üçün nümunə olub. ABŞ-ın prezident administrasiyası cinayətkarlarla bağlı həmişə sərt mövqe tutub. Bununla yanaşı, hesab edirik ki, cəmiyyətə olan borcunu ödəyən və əzmlə çalışan insanların ikinci şansa hüquqları var".
Bunu eşidən Kim Kardaşyan Twitter-dəki akkauntunda yazıb: "Bu, ən yaxşı xəbərdir. Elisin əfv olunması başqalarına da daha bir şanslarının olması ilə bağlı ümid verir".
Elis Meri Consonun əfvi uğrunda ABŞ-dakı hüquq-müdafiə təşkilatları 2014-cü ildən bəri mübarizə aparırlar. Kardaşyan bu qadın barədə 2017-ci ildə Twitter-də xəbər tutandan bəri Elisin əfvinə çalışır.
Ömrünün 21 ilini həbsdə keçirmiş Elisin artıq nəticələri var.
Elis Meri Conson 1996-cı ildə Tennesi ştatında kokakin satmaq, narkotik maddələr saxlamaq və çirkli pulları yumaqda suçlanaraq vaxtından əvvəl azadlıq hüuququ olmadan ömürlük həbs cəzası almışdı.
"Bu, həyatımda ilk cinayət idi. İşsiz qaldığım üçün həmin yola əl atdım", - Elis deyib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub