Moskva məhkəməsi şəhərin mərkəzindəki “Food City” ticarət mərkəzində iri tərəvəz bazasının sahibi Azərbaycanın Şəmkir rayonunun Çinarlı kənd sakini Quliyev Məhərrəm Novruz oğlunu (Pokrov Məhərrəm) azadlığa buraxıb.
Mynews.az “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı Quliyevin Rusiyada yaşayan qohumları məlumat verib.
Xatırladaq ki, “Pokrov Məhərrəm” ləqəbi ilə tanınan biznesmen martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Bundan əvvəl Quliyev Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib idi. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb. Quliyevi “qanuni oğru” Mirseymur Abdullayev himayə edirdi. 2003-cü ildə onun qətlindən sonra bütün səlahiyyətlər Rövşən Lənkəranskiyə keçib. Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnib.
Pokrovka bazası bağlandıqdan sonra azərbaycanlı “Food City” ticarət mərkəzinə köçüb.
Quliyevin müxtəlif şəxslərə 13 milyon dollardan çox borcu olub. Bu pullar onun hələ Pokrovka bazasında işlədiyi zamandan yığılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub