Türkiyənin Bursa şəhərində bir həkimin ağır yaralı olaraq xəstəxanaya çatdırılan şəxsə xərək üzərinə çıxaraq ürək masajı etdiyi görüntülər hər kəsi təəccübləndirib.
Yaralı şəxs Osman C.-nin gizli görüşdüyü qadın Derya Ç.-nın əri Emin Ç. tərəfindən bıçaqlandığı ortaya çıxıb.
Fevral ayında qeydə alınan qanlı olayda ürəyinin altından bıçaqlanaraq ağır yaralanan Osman C. çatdırıldığı dövlət xəstəxanasında ürəyi dayanınca təcili yardım həkimi köməyinə çatıb. Osman C. xərəyə çıxan həkimin dəqiqələrlə davam edən ürək masajı sonrası həyatda qalıb.
Emin Ç. saxlanılıb.
""SƏNİN ARVADIN ARTIQ MƏNİM ARVADIM" DEDİ, BIÇAQLADIM"
Emin Ç. arvadının onunla görüşdüyünü ilk dəfə eşitdiyində tərəflərin üzr istəyib, peşman olduqlarını dilə gətirdiklərini deyib. Lakin onların gizlin şəkildə yenidən görüşdüklərini eşidib. Hadisə günü dalaşdığı arvadı Derya Ç-nin evi tərk edib Osman C-nın yanına getdiyini və Osman C-nin ona zəng edib "Sənin arvadın artıq mənim arvadım" dediyini, bu sözə görə bıçaqladığını etiraf edib.
Emin Ç. ifadəsində "Osman mənim dostumdur. Arvadım və dostum sevgili oldu. Bunu eşidəndə onlardan nə baş verdiyini soruşdum. İkisi də mənə bir səhv etdiklərini dedilər. Mən də söhbəti çox uzatmadım, bağışladım. Sonra bir gün işə gedirdim. Yolda əlimi cibimə saldım və 200 lirə pulumun əksik olduğunu gördüm. Öncə arvadıma zəng etdim, telefonu sönülü idi, sonra evə getdim. Evdə həyat yodaşımla pulumun harada olduğu və telefonunun niyə bağlı olduğu səbəblərinə görə aramızda mübahisə yarandı. Mən əsəblərimə hakim olmayıb, ona şillə vurdum. Arvadım da bunu qəbul etmədi və evi tərk etdi. Görüşməkdə davam etdiyi Osmanın evinə gedib. Olanları Osmana deyib. Osman da mənə zəng edib "Sənin arvadın artıq mənim arvadım" dedi. Evinə getdim. Aramızda dava düşdü, o əsanda bıçaqla sinəsindən vurdum".
Məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
mənbə: milli.az