Somalidə “Əş-Şabab” qruplaşmasının hazırladıqları pusqu zamanı bir amerikalı xüsusi təyinatlı hərbi qulluqçu ölüb, daha dördü isə yaralanıb.
Mynews.az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalı məlumat yayıb.
Hadisə ötən cümə günü baş verib. Amerika xüsusi təyinatlıları Afrikanın ən kasıb ölkələrinin birinin şərqində yerli ordunun yaraqlılara qarşı reydinə dəstək verirdi.
Terrorçular Camame rayonunda müdafiə postunu minaatanlar atəşə tutublar. Bundan sonra ABŞ-Somali qüvvələri qonşu yaşayış məntəqəsinə çəkilməyə qərar veriblər, lakin yolda ekstremistlərin pusqusuna düşüblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub