Almaniyanın Visbaden şəhərinin kənarında Suzanna F. adlı 14 yaşlı qızın bərbad hala salınmış cəsədi aşkar edilib.
Mynews.az bildirir ki, Suzanna bu ilin fevralında ailəsi ilə birlikdə Moldovadan Almaniyanın Mayns şəhərinə mühacirət edib.
Yerli TV-nin məlumatına görə, həddi-büluğa çatmamış qız 22 mayda məşğələdən evə qayıtmadığı üçün axtarışlar başlanılmışdı.
Polisin əldə etdiyi məlumata görə, cinayətkarlar öz qurbanını öldürməzdən əvvəl uzun müddət zorlayıb, sonra isə iplə boğublar.
Zorlanma və qətldə şübhəli bilinən 2 miqrant saxlanılıb. Bunlar 20 yaşlı İraq qaçqını Əli Başarsa və 35 yaşlı Türkiyə vətəndaşıdır.
Onlar qətlə yetirilmiş məktəbli qızın yaşadığı evin yaxınlığında qaçqınlar üçün ayrılmış yataqxanada yaşayıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub