İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) göstərilən dəstəyə görə Rusiyaya və Çinə minnətdardır və Moskva ilə Pekinin səylərini alqışlayır.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları şurasının geniş tərkibli iclasında çıxış edərkən deyib.
H.Ruhani bildirib: "Mən BHFP-yə dəstəyə görə Rusiya və Çinə təşəkkür etmək istərdim, mən sizin səylərinizi alqışlayıram".
İran prezidenti vurğulayıb ki, ABŞ-ın digər ölkələrə öz siyasətini yeritmək səyləri - hamı üçün təhlükədir: "Belə birtərəfli yanaşma nümunəsi bu yaxınlarda ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasıdır. Halbuki İran BHFP çərçivəsində bütün öhdəliklərini yerinə yetirib və MAQATE 11 məruzəsində bildirib ki, İran nüvə sazişinin bütün şərtlərinə tam əməl edir".
H.Ruhani xüsusi vurğulayıb ki, nüvə sazişinin bütün tərəfləri BHFP-yə uyğun olaraq üzərinə götürdüyü bütün öhdəliklərin həyata keçirilməsinə görə cavabdehdir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub