İyunun 7-də Moskvada Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etməlidirlər. Şoyqunun sözlərinə görə, Suriyada həyat normallaşıb və infrasturktur çalışmalarına başlamaq olar.
Mynews.az xəbər verir ki, azərbaycanlı politoloq Elxan Şahinoğlu “Facebook” hesabında məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Moskvanın bu istəyi yeni deyil:
“Moskva daha əvvəl tərəfdaşlarını Suriyadakı “sülhməramlı” əməliyyatlarda iştiraka dəvət etmişdi. Onların təklifini o zaman heç kim qəbul etmədi. Rusiyanın ən yaxın tərəfdaşları Belarus və Qazaxıstandır. Bu iki dövlət Rusiya ilə birgə Suriyada sülhməramlı əməliyyatlarda iştirak etmədi. Moskva indi də tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştiraka dəvət edir”.
Politoloqun fikrincə, bu məsələdə Kremlin iki məqsədi var.
“Birincisi, Rusiya Qərbə sübut etmək istəyir ki, o, Suriyada tək deyil. İkincisi, Suriyanın yenidən qurulması üçün xeyli maliyyə lazımdır. Kreml Suriyanın yenidən qurulmasına başqa dövlətlərin də maliyyə ayırmasını istəyir.
Kremlin bu iki məqsədinə çatacağı problematikdir. Azərbaycan Rusiyanın Suriya ilə bağlı təklifinə müsbət yanaşmayacaq. Çünki Şoyqunun dediyindən fərqli olaraq, Suriyada siyasi vəziyyət stabil deyil. Azərbaycan təklifə qoşularsa, faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək. Bu, Azərbaycana lazım deyil”, - Şahinoğlu əlavə edib.
O, Bəşər Əsədin separatçı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdığını diqqətə çatdırıb:
“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı separatçıları tanıyan rejimə dəstək verə bilməz. Digər tərəfdən, Suriyada böyük dövlətlərin fərqli maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qoşulsa, bu, Azərbaycanın Rusiyanın mövqeyini dəstəklədiyi görüntüsü yaradacaq.
Azərbaycan Suriyada infrastruktur çalışamalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə siyasi dialoq başlasın. Azərbaycan Suriyanın yenidən qurulmasında Rusiya ilə deyil, Türkiyə ilə birgə iştirak edə bilər”.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub