Şimali Koreya lideri Kim Çen Inın ABŞ prezidenti ilə görüşməsinə baxmayaraq, İran prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Donald Trampla görüşü mümkün deyil və baş tutmayacaq.
Mynews.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri Nakvi Xoseyni deyib.
“ABŞ özü İranla münasibətləri pozdu, onlar nüvə razılaşmasından çıxdı və Tehrana qarşı sanksiyalar irəli sürdü. Hesab edirəm ki, Ruhani və Tramp görüşü mümkünsüzdür və bu, baş verməyəcək”, - o qeyd edib.
Xoseyni əlavə edib ki, İran razılaşmalara əməl edir. Deputat bildirib ki, Şimali Koreya ABŞ-a qarşı diqqətli olmalıdır, çünki Vaşinqton beynəlxalq razılaşmalara qarşı davamsızlıq göstərir.
“ABŞ vədlərinə əmək etmir. Bunun bariz nümunəsi nüvə sazişidir. Vaşinqton uzun müddət aparılan danışıqlardan sonra imzalanan sazişdən çıxdı”, - o bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub